Alonso: “Münhen səfəri Bundesliqada ən çətin qarşılaşmadır”

Almaniya çempionatının 5-ci turunun mərkəzi matçında Leverkuzen “Bayer”i “Bayern”lə qarşılaşacaq.

Komanda.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, “əczaçılar”ın baş məşqçisi Xabi Alonso bu oyundan danışıb:

“Bu, böyük matçdır. Münhen səfəri yəqin ki, Bundesliqada ən çətin qarşılaşmadır. “Alyanz Arena”da meydana çıxmağı səbirsizliklə gözləyirik. Yaxşı oyun göstərmək və meydan sahibləri ilə rəqabət aparmaq istəyirik. Nəticə əldə etmək üçün demək olar ki, mükəmməl futbol göstərmək lazımdır. Komandamız hazırdır”.

“Bayern” – “Bayer” matçı bu gün saat 20:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button