MS Premyer Liqa matçına ciddi itki ilə çıxacaq

“Mançester Siti” İngiltərə Premyer Liqasının 6-cı turunda səfərdə “Nyukasl”ın qonağı olacaq.

Komanda.az xəbər verir ki, “şəhərlilər”in kapitanı Kevin De Bruyne vacib oyunda komandaya kömək edə bilməyəcək. Belçikalı yarımmüdafiəçi zədəlidir.

“Mançester Siti”nin digər yarımmüdafiəçisi Rodri isə zədə səbəbindən mövsümün qalan matçlarında iştirak etməyəcək.

“Nyukasl” – “Mançester Siti” qarşılaşması sabah saat 15:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button