Donnarumma daha bir matçı buraxacaq
Luis Enrikenin rəhbərlik etdiyi PSJ-nin məşqçilər heyəti komandanın Fransa çempionatının 6-cı turunda “Renn”ə qarşı oyun üçün iştirak ərizəsi ilə bağlı qərar verib.
Komanda.az Paris klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıda iki matçı buraxan italiyalı qapıçı Canluici Donnarumma yer almayıb. 25 yaşlı futbolçu zədə səbəbindən son iki oyunu buraxıb.
PSJ-nin “Renn”lə oyunu sentyabrın 27-də keçiriləcək. Paris komandası Liqa 1-in beş turundan sonra turnir cədvəlində 1-ci, Renn isə 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin