PSJ Donnarumma ilə bağlı qərar verib
PSJ rəhbərliyi komandanın qapıçısı Canluici Donnarumma ilə bağlı qərar verib.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, Paris klubu italiyalı qolkiperə 2029-cu ilin ortalarına qədər qüvvədə olacaq yeni müqavilə təklif etmək niyyətindədir.
Tərəflər arasındakı mövcud müqavilə 2026-cı ilin yayında başa çatacaq.
Donnarumma 2021-ci ilin iyulundan PSJ-də çıxış edir. “Transfermarkt” portalı onun bazar dəyərini 40 milyon avro qiymətləndirir. O, Liqa 1-in cari mövsümdə 4 oyun keçirib, 3 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin