MS Rodrinin zədəsi ilə bağlı açıqlama yaydı

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin Premyer Liqada “Arsenal”la son matçın (2:2) ilk hissəsində əvəzlənməsinə ehtiyac yaranıb.

Komanda.az xəbər verir ki, “şəhərlilər” rəsmi saytında ispaniyalı futbolçunun zədəsi ilə bağlı açıqlama yayıb:

“Mançester Siti” Rodrinin sağ dizinin bağlarından zədə aldığını təsdiqləyə bilər. O, Mançesterdə ilkin müayinədən sonra məsləhətləşmələr üçün İspaniyaya gedəcək. Rodrinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zədənin tam dərəcəsini və proqnozunu müəyyən etməyə imkan verəcək”.

“Mançester Siti” Rodriyə tezliklə sağalmasını arzulayıb və onun reabilitasiyasının gedişatı barədə ictimaiyyəti məlumatlandıracağını vəd edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button