“Borussiya”nın yarımmüdafiəçisi yenidən zədələnib

Dortmund “Borussiya”sının futbolçusu Feliks Nmeça bu mövsümə uğursuz başlayıb və ikinci dəfə zədə alıb. Nuri Şahinin rəhbərlik etdiyi məşqçilər heyəti ondan əsas oyunçu kimi istifadə edir, lakin zədələr bu planlara mane olur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu yeni zədəsi səbəbindən dünən keçirilən məşqdə iştirak etməyib. Onun zədəsi ciddi deyil, lakin sentyabrın 27-də “Bohum”la qarşılaşmaya start heyətində başlayacağına zəmanət yoxdur.

24 yaşlı yarımmüdafiəçi yüngül zədə səbəbindən UEFA Çempionlar Liqasının liqa mərhələsində “Brügge” ilə matça ehtiyatda başlasa da, meydana çox yaxşı çıxıb və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button