Fransanın sabiq prezidenti: “Bu, Mbappenin haqqıdır”

Fransanın sabiq prezidenti Nikola Sarkozi PSJ-dən “Real”a keçən forvard Kilian Mbappenin gedişindən danışıb.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, ölkənin keçmiş prezidenti Mbappenin heyrətamiz emosiyalar bəxş etdiyini bildirib:

“Mbappe Paris klubuna yeddi ilini verdi, bunu unutmayaq. O, heyrətamiz emosiyalar bəxş etdi. Lakin onun keçidi hər kəsin şirnikləndirici olduğunu açıq şəkildə göstərir. Mən onun seçimini başa düşürəm, amma bunu necə etdiyini dəqiq başa düşmək mənim üçün çətindir. Buna baxmayaraq, bu, onun haqqıdır”.

Mbappe yay transfer pəncərəsində “kral klubu”na keçib. 25 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. O, cari mövsümdə La Liqa keçirdiyi 6 oyunda 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button