“Mançester Siti” işi” üzrə dinləmələr başlayır

“Mançester Siti” işi” üzrə dinləmələr başlayır: klub 115 maliyyə qaydasını pozmaqda ittiham olunur. İşin həcmini nəzərə alaraq, prosesin uzun sürəcəyi gözlənilir.

Komanda.az “Daily Mirror”-a istinadən xəbər verir ki, müstəqil komissiyanın nəticələrinin 2025-ci ilə qədər dərc olunması ehtimalı azdır.

“Mançester Siti” əvvəlki 4 mövsümün hər birində İngiltərə çempionu olub. Maliyyə qaydalarının pozulması ilə bağlı ittihamlar “şəhərlilər”ə qarşı xeyli əvvəl – 2023-cü ilin fevralında irəli sürülüb.

“Mançester Siti” İngiltərə Premyer Liqasının yeni mövsümünün 4 turunda maksimum xal toplayıb – 12.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button