“Fransa millisi Mbappe ilə daha yaxşı oynayır”
Fransa millisinin baş məşqçisi Didye Deşam həftəsonu “Real”ın heyətində üç turdan sonra dubla imza atan Kilian Mbappe haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı çalışdırıcı Mbappenin özü üçün yüksək standartlar qoyduğunu bildirib:
“Mbappe əvvəllər üç matçda qol vurmamasına baxmayaraq, özümü narahat hiss etmək üçün heç bir səbəbim yoxdur. O, özü üçün yüksək standartlar qoyur. Karlo Ançelotti də narahat deyildi, mən də. Fransa millisi Kilianla daha yaxşı oynayır.
Təcrübəm onu deməyə əsas verir ki, milli komandada olmağım çoxuna fayda verir. Aydındır ki, Mbappe hələ ən yaxşı formada deyil, amma o, robot və ya supermen deyil. Gözləntilər böyükdür, lakin insan yorğunluğunu unutmaq olmaz”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin