UEFA “Sumqayıt”ı cərimələdi və xəbərdarlıq etdi

UEFA “Sumqayıt” klubunu cərimələyib.

Komanda.az xəbər verir ki, buna komandanın evdə Macarıstanın “Fehervar” klubuna uduzduğu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında meydana yad əşyaların atılması səbəb olub.

“Gənclik şəhəri” təmsilçisi 5 250 avro ziyana düşüb.

UEFA beş futbolçusu sözügedən qarşılaşmada vərəqə gördüyü üçün Samir Abasovun baş məşqçisi olduğu komandaya xəbərdarlıq da edib.

Oyun “Sumqayıt”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Səfərdə rəqibi ilə qolsuz bərabərə qalan komanda turnirlə vidalaşmalı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button