Vinisius: “O, indiyə qədər oynamış ən böyük oyunçudur”

“Real”ın vingeri Vinisius Junior qadınlardan ibarət Braziliya millisinin 38 yaşlı futbolçusu Marta haqda danışıb.

Komanda.az CNN-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu, Martanın indiyə qədər oynamış ən böyük oyunçu olduğunu bildirib:

“Mən Marta haqqında deməliyəm ki, o, indiyə qədər oynamış ən böyük oyunçudur (qadın futbolu). Mənim ona böyük rəğbətim var, çünki düşünürəm ki, o, idmanı dəyişib və qadın futbolunu layiq olduğu səviyyəyə çatdırıb. Qadın futbolu hər gün inkişaf edir və Marta qabaqcıllardan biridir. Braziliyada hər kəs üçün Pele necə idisə, Marta da odur. O, elə səviyyədədir ki, hər milyon insandan bir belə adam olur”.

Marta Braziliya millisinin heyətində 204 oyunda 119 qol vurub. O, klub səviyyəsində Cənubi Amerika, Şimali Amerika və Avropada 11 komandada oynamağı bacarıb. Marta 6 dəfə dünyanın ən yaxşı qadın oyunçusu olub.

Futbolçu 2017-ci ildən Amerikanın “Orlando Pride” klubunu təmsil edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button