“Barselona” müdafiəçisini Fransa klubuna satdı

“Renn” “Barselona”nın futbolçusu Mikail Fayeni transfer edib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.

Mətbuatda bu transfer üçün Fransa təmsilçisinin 10.3 milyon avro ödədiyi vurğulanıb.

Seneqallı futbolçu ötən mövsüm Kataloniya klubunun gənclərdən ibarət komandasının tərkibində çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 49 matçda iştirak edib, 5 qol vurub, 1 qolun ötürməsini verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button