Boks daha bir idmançının canını aldı FOTO
Argentinalı boksçu Huqo Santilyan vəfat edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı idmançı uruqvaylı Eduardo Abreu ilə keçirdiyi döyüş bitdikdən sonra huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan Huqo, beyin qanaxması nəticəsində 5 gün sonra dünyasını dəyişib.
Bir müddət əvvəl rusiyalı boksçu Maksim Dadaşov da rinqdə aldığı zərbələrdən sonra beyin qanaxması yaşamış və yerləşdirildiyi xəstəxanada vəfat etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin