Halanddan Qvardiolaya istehzalı cavab
“Mançester Siti”nin hücumçusu Erlinq Haland komandanın baş məşqçisi Pep Qvardiolanın onun haqqında söylədiyi fikirlərə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli futbolçu ispaniyalı çalışdırıcının sözlərinə istehza ilə cavab verib:
“Komanda o qədər yaxşı oynayırdı ki, onsuz da öhdəsindən gələ bilərlər. Mən sadəcə durub baxa bilərəm”.
Qvardiola 24 yaşlı forvardın meydanda daha fəal olmasının lazım olduğunu bildirib.
İngiltərə çempionatının açılış turunda Haland “Çelsi”yə qol vurub. Qvardiolanın yetirmələri səfərdə londonlular üzərində 2:0 hesablı qələbə qazanıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin