“Liverpul”la İspaniya klubu arasında 35 milyon avroluq anlaşma

“Valensiya”nın qapıçısı Giorgi Mamardaşvili İngiltərə Premyer Liqasının top-klubu ilə müqavilə imzalamağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət “Liverpul”dan gedir. İngilislər gürcü qapıçını 35 milyon avroya transfer etməyə razılaşıblar. Amma Mamardaşvili icarə əsasında hazırkı klubunda ən azı bir mövsüm oynayacaq.

23 yaşlı qolkiper ötən mövsüm İspaniya çempionatında 37 oyun keçirib, 41 qol buraxıb. O, 2024-cü il Avropa çempionatında Gürcüstan millisinin heyətində çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button