“Qəbələ” konqolu futbolçu ilə müqavilə bağlayıb

“Qəbələ” heyətini konqolu futbolçu ilə gücləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Konqo millisinin yarımmüdafiəçisi Domi Jaures Massoumo ilə 2 illik müqavilə imzalanıb.

21 yaşlı futbolçu bunadək vətənində “Otoho d’Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button