Diniyev oynadı, komandası qələbə qazandı
Türkiyə 1-ci Liqasında 2-ci turun oyunları davam edir.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” səfərdə “Ankara Keçiörengücü”ü ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Coşqun Diniyev də bu görüşün iştirakçısı olub. 28 yaşlı futbolçu matça start heyətdə başlayıb. O, 55-ci dəqiqədə əvəzlənib.
İki turdan sonra maksimum nəticə göstərən “Bandırmaspor” “Kocaelispor”la birlikdə turnir cədvəlinin zirvəsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin