Türk futbolçu Rusiya klubuna keçə bilər – 13 milyon avroya

“Qalatasaray”ın futbolçusu Kərəm Aktürkoğlu yay transfer pəncərəsində Rusiyanın “Spartak” klubuna keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçunun transferi artıq klub rəhbərliyi səviyyəsində razılaşdırılıb və sözləşmə məbləği 13 milyon avro olacaq.

Aktürkoğlunun agenti Vilyam DAvila avqustun 9-da müqavilənin baş tutmayacağını bildirsə də, sonradan agentin onun rəsmi nümayəndəsi olmadığı məlum olub.

25 yaşlı futbolçu 2020-ci ildən “Qalatasaray”da çıxış edir. O, 2023/24 mövsümündə bütün yarışlarda 54 oyun keçirib, 15 qol vurub və 9 məhsuldar ötürmə edib. Aktürkoğlunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button