“Yuventus” italiyalı müdafiəçini icarəyə verir

“Ayaks” “Yuventus”dan italiyalı müdafiəçini icarəyə götürməyə yaxındır.

Komanda.az “La Stampa”-ya istinadən xəbər verir ki, “Yuventus” Niderland klubuna keçməyə hazır olduğunu bildirən Daniele Ruqanini icarəyə göndərir.

“Yuventus”un yeni baş məşqçisi Tiaqo Motta qarşıdakı mövsümdə Ruqaniyə güvənmir. Bu səbəbdən, o, başqa komandada təcrübə keçmək üçün ayrılmağa razılaşıb.

30 yaşlı futbolçu İtaliya çempionatının son mövsümündə 17 oyun keçirib, 2 qol vurub. O, 2020/21 mövsümündə “Kalyari” və Fransanın “Renn” klublarında icarə əsasında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button