“Mahir Emreli 2-ci Bundesliqada mübarizə aparacaq gücdədir” – Kloze

“Həqiqətən yaxşı oyunçu qazandıq. Mahir yaxşı təcrübəyə malikdir”.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, bunu Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin keçidi haqqında danışarkən deyib.

O, 27 yaşlı hücumçu haqqında müsbət fikirlər səsləndirib:

“Emreli 2-ci Bundesliqada mübarizə aparacaq gücdədir. Əla zərbələri var. Topla yaxşı oynaya, qaça bilir və boşluqları hiss edir”.

Emreli “Nürnberq”lə bir illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button