Azərbaycan güləşçisi olimpiadanı medalsız başa vurdu
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü yer uğrunda görüşə çıxıb.
Komanda.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı iranlı Amin Mirzəzadə ilə üz-üzə gəlib.
Rəqibinə 0:4 hesabı ilə məğlub olan təmsilçimiz yarışı mükafatsız başa vurub.
Paris-2024 avqustun 11-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin