Fransalı futbolçu PSJ-ni deyil, “Bayern”i seçəcək
“Renn”in yarımmüdafiəçisi Desir Doayi karyerasını davam etdirmək üçün vacib qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu PSJ-dən çox “Bayern”ə keçməyə üstünlük verir. “Renn” yarımmüdafiəçisi üçün 60 milyon avro almaq niyyətindədir.
Desirin xidmətində PSJ və “Bayern” maraqlıdır.
19 yaşlı yarımmüdafiəçi hazırda Parisdə keçirilən Olimpiya oyunlarında Fransa millisinin rənglərini qoruyur. O, Fransa çempionatının son mövsümündə 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin