MY “Yuventus”dan ayrılan futbolçu ilə danışıqlara başlayıb
“Yuventus”dan ayrıldıqdan sonra azad agent olan Adrien Rabio karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə “Mançester Yunayted” maraqlanır.
“Qırmızı şeytanlar” Rabio ilə danışıqlara başlayıb və cari transfer pəncərəsində onunla müqavilə bağlamağa ümid edir.
27 yaşlı yarımmüdafiəçi 2019-2024-cü illərdə “Yuventus”da çıxış edib. O, ötən mövsüm İtaliya çempionatında 31 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin