De Liqtin “Mançester Yunayted”ə keçidinin ləngimə səbəbi məlum olub
Erik ten Haq və Matteys de Liqt yenidən bir yerdə çalışa bilər.
Komanda.az “German Sky”-a istinadən xəbər verir ki, niderlandlı müdafiəçinin adı “Mançester Yunayted”lə əlaqələndirilir.
“Bayern”dən 24 yaşlı futbolçunun transferi ləngiyir. Gecikmə Münhen klubunun müdafiəçisi Hiroki İtonun aldığı zədə ilə bağlıdır. Belə ki, yapon futbolçu bir neçə ay yaşıl meydanlara çıxa bilməyəcək və bu, Vensan Kompaninin komandası üçün problemdir.
İndi “Bayern” Leverkuzen “Bayer”indən Conatan Ta üçün danışıqları sürətləndirib. Aydındır ki, vəziyyət De Liqtin gələcəyinə də təsir edir. Münhen klubu almaniyalı müdafiəçinin keçidini həll etməyənə kimi bu oyunçunu buraxmağa tələsmir.
Eyni zamanda, “Mançester Yunayted” və “Bayer” hələ De Liqtin transfer məbləği barədə razılığa gəlməyiblər. İngilisləri 50 milyon avroluq qiymət qane etmir.
Bizi Facebook-da izləyin