“Barselona”nın Uilyamsla bağlı mövqeyi: “İndi və ya heç vaxt!”

“Barselona” “Atletik”in vingeri Niko Uilyamsın transferinə yaxınlaşır.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu daha bir mövsümü “Atletik”də keçirərək, “Barsa”ya keçidin bir il təxirə salınmaq imkanına baxır.

“Barselona” bu fikirlə razılaşmayıb, Uilyamsı dərhal almaq qərarına gəlib. Kataloniya klubu oyunçunun agentinə gələn yay transfer variantının olmadığını bildirib: “İndi və ya heç vaxt”.

“Atletik” Niko Uilyamsı saxlamağa çalışacaq, ona qazancında əhəmiyyətli artım təklif olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button