“Barselona” Uilyams üçün əlavə 4 milyon avro ödəməli olacaq
“Barselona” “Atletik”in yarımmüdafiəçisi Niko Uilyams üçün onun sərbəstqalma məbləğindən 4 milyon avro çox ödəyəcək.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Səbəb odur ki, ispaniyalı futbolçunun müqaviləsində sabit alış məbləği kimi göstərilən 58 milyona, İspaniya qanunlarına görə, yerli IPC (İstehlakçı Qiymətlər İndeksi) üzrə faiz əlavə edilməlidir. Məcburi faiz məbləğinə əlavə 4 milyon edilməli olacaq və ümumi məbləğ təxminən 62 milyon avroya çatacaq.
“Barselona” əlavə xərclərə hazır olmalarını təmin edib və həmçinin, Uilyamsa onun transferinin qeydiyyatında heç bir problem olmayacağını söyləyib. Klubun idarə heyəti vəziyyətin nəzarət altında olduğunu idman direktoru Dekuya bildirib.
Daha əvvəl PSJ-nin 22 yaşlı vingerə kataloniyalılardan iki dəfə çox pul təklif etdiyi bildirilirdi.
Uilyams 2023/24 mövsümündə “Atletik”in heyətində 37 oyun keçirib, 8 qol vurub və 19 məhsuldar ötürmə edib. Onun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Facebook-da izləyin