Premyer Liqa klubu Malikdən əl çəkmir
“Nyukasl” hələ də “Milan”ın müdafiəçisi Malik Tiavı transfer etməyə çalışır.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, “sağsağanlar” almaniyalı futbolçu ilə müqavilə bağlamaq cəhdlərindən əl çəkmirlər.
“Nyukasl”ın 22 yaşlı müdafiəçi üçün 40 milyon avro ödəməyə hazır olduğu bildirilir. İngiltərə klubu “Milan”la danışıqlar aparır və tezliklə kompromis tapacağına ümid edir.
Tiav “Milan”a 2022-ci ildə “Şalke”dən keçib. O, ötən mövsüm İtaliya çempionatında 21 matçda iştirak edib, 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin