“Çelsi” 20 milyon avro təklif edib – Norveçli qapıçı üçün
“Çelsi” norveçli qapıçını transfer etmək üçün hərəkətə keçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Enzo Mareskanın baş məşqçisi olduğu komanda La Liqada mübarizə aparan “Vilyarreal”dan Filip Yorgenseni sıralarına qatmaq istəyir.
“Çelsi” 22 yaşlı qolkiper üçün 20 milyon avro təklif edib. Yorgensen bu transfer pəncərəsində London klubuna keçməyə açıqdır. “Çelsi” də həmçinin futbolçunun ətrafı ilə şəxsi müqaviləni razılaşdırmaq üçün danışıqlar aparır.
Yorgensen “Vilyarreal”ın əsas qapıçısı kimi cəmi bir mövsüm keçirə bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin