PSJ “Mançester Yunayted”in kapitanına göz dikib
PSJ “Mançester Yunayted”in yarımmüdafiəçisinə göz dikib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət ötən yaydan “qırmızı şeytanlar”ın kapitanı olan Bruno Fernandesdən gedir.
Daha əvvəl bildirilmişdi ki, portuqaliyalı futbolçu bu transfer pəncərəsində “Mançester Yunayted”i tərk edə bilər. PSJ-nin baş məşqçisi Luis Enrike 2020-ci ilin yanvarından MY-də çıxış edən Fernandesin oyununu çox bəyənir.
29 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının son mövsümündə 35 matçda 10 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin