Tərlan Quliyev 1-ci Liqa klubunun oynayan məşqçi təklifini rədd edib

Birinci Liqa klubu “Qaradağ Lökbatan” son mövsümü “Turan Tovuz”da keçirən müdafiəçi Tərlan Quliyevə təklif göndərib.

Komanda.az-ın əldə etdiyi məlumata görə, “Qaradağ Lökbatan” Quliyevə komandada oynayan məşqçi kimi fəaliyyət göstərməyi təklif edib. Amma 32 yaşlı futbolçu Premyer Liqa klublarından dəvət gözlədiyini bildirərək, bu təklifdən imtina edib.

“Qaradağ Lökbatan” ötən mövsüm 1-ci Liqada 54 xalla 2-ci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button