Haland “Mançester Siti”ni İspaniya klubuna dəyişmək istəyir
“Mançester Siti”nin hücumçusu Erlinq Haland gələn il komandasını tərk edə bilər.
Komanda.az “FourFourTwo”-ya istinadən xəbər verir ki, Norveç millisinin forvardı karyerasını “Barselona”da davam etdirmək istəyir. Amma Kataloniya klubu maliyyə çətinliyi yaşadığı üçün əsas problem transfer qiyməti ola bilər.
23 yaşlı futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Haland keçən mövsüm Premyer Liqanın bombardiri olub. O, rəqib qapılarına 27 dəfə yol tapmağı bacarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin