“İspaniya bəlkə də, Avropa çempionatının ən yaxşı komandasıdır, amma finalda bunun heç bir əhəmiyyəti yoxdur”
“Mançester Siti” və “Lester”in keçmiş baş məşqçisi Sven-Yoran Eriksson İngiltərə və İspaniya millilərinin mübarizə aparacağı AÇ-2024-ün final matçı öncəsi fikirlərini bölüşüb.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, isveçli mütəxəssis İngiltərə millisinin qalib gələ biləcəyini söyləyib:
“Növbəti bazar gününün İngiltərə futbolunun gələcəyi üçün nə qədər vacib ola biləcəyini izah etmək olmaz. Bu komandanın bütün ölkəyə sübut etmək şansı var: “Biz buradayıq”. İspaniya çox yaxşıdır, bəlkə də, Avropa çempionatının ən yaxşı komandasıdır, amma finalda bunun heç bir əhəmiyyəti yoxdur. İngiltərə millisi qalib gələ bilər”.
Avropa çempionatının final matçı iyulun 14-də keçiriləcək. Oyunun start fiti saat 23:00-da səslənəcək.
Bizi Facebook-da izləyin