“Narazılıq narazı qalanların problemidir” – Dembele

Fransa millisinin vingeri Osman Dembele Avropa çempionatının 1/4 finalında Portuqaliya yığması üzərində qazandıqları qələbədən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu narazılığın narazı qalanların problemi olduğunu bildirib:

“Stadiondakı atmosfer yaxşı idi. Nə yaxşı ki, qol imkanlarımız oldu. Qol vura bilməsək də, şanslarımız oldu. Bu, müsbət haldır. Narazılıq narazı qalanların problemidir”.

Matçın əsas və əlavə vaxtı 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında fransalı futbolçular daha dəqiq olublar – 5:3. Didye Deşamın komandası İspaniya yığması ilə qarşılaşacağı AÇ-2024-ün yarımfinal mərhələsinə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button