De Bruyne ərəblərlə razılığa gəlib
Belçikalı yarımmüdafiəçi Kevin de Bruyne yay transfer pəncərəsində “Mançester Siti”ni tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə şifahi razılığa gəlib.
Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondunun və “Əl-İttihad”ın nümayəndələrinin De Bruyne ilə əlaqə saxladığı qeyd edilir. Belçikalı yarımmüdafiəçi transferə razılıq verib. İndi “Mançester Siti” və “Əl-İttihad” arasında danışıqlar gözlənilir. Premyer Liqa nəhəngi De Bruyneni buraxmağa hazırdır.
De Bruyne “Mançester Siti”nin heyətində 9 mövsüm keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin