Mourinyo ispaniyalı hücumçunu “Fənərbaxça”da görmək istəyir

“Barselona”nın hücumçusu Ansu Fati Türkiyə çempionatına keçə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Fənərbaxça” hücumçunu sıralarına qatmaq istəyir.

İstanbul komandasının yeni baş məşqçisi Joze Mourinyo ispaniyalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Eyni zamanda, “Barsa”nın çalışdırıcısı Hans-Diter Flik də Fatini saxlamaq və ona yeni mövsümdə özünü sübut etmək şansı vermək istəyir.

Ötən mövsümü icarə əsasında “Brayton”da keçirən 21 yaşlı hücumçu İngiltərə Premyer Liqasının son mövsümündə 19 oyuna çıxıb, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button