İsmayılov Avropa çempionu oldu

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı başa çatıb.

Komanda.az xəbər verir ki, son yarış günündə 5 sərbəst güləşçilərimiz medallar uğrunda mübarizə aparıb.

Fəqan Fətiyev (45 kq) təsəlliverici görüşdə bolqarıstanlı Kamen İvanova 6:3 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada moldovalı Yon Rusuya 4:10 hesabıyla məğlub olub.

Muhamməd İsmayılov (51 kq) finalda rusiyalı Ralan Şoqenova 5:1 hesabıyla qalib gələrək Avropa çempionu olub.

Hüseyn İsmayılov (60 kq) finalda rusiyalı İbraqimqadji Maqomedova 1:2 hesabıyla məğlub olub və gümüş medalla kifayətlənib.

Qəzənfər Kazımlı (71 kq) təsəlliverici görüşdə irlandiyalı Deklan Blihə tam üstünlüklə (15:2) qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Mark Laposaya 6:10 hesabıyla uduzub.

Fərhad Süleymanlı (92 kq) təsəlliverici görüşdə macarıstanlı Yussef Solimana 7:0 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada belaruslu 4:9 hesabıyla məğlub olub.

Beləliklə, AÇ-nin son günündə sərbəst güləşçilər 1 qızıl və 1 gümüş medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button