Azərbaycan güləşçilərindən 1 gümüş, 3 bürünc medal
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Əmrah Əmrahov (48 kq) finalda rusiyalı Nikolay Kristova sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və gümüş medalla kifayətlənib.
Əli Nəzərov (55 kq) ukraynalı Daniil Suşçenkoya 7:3 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.
Orxan Hacıyev (80 kq) ilk hissədə moldovalı Nikita Apostolla (9:0) dueldən qalib ayrılmaqla fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Mikayıl İsmayılov (110 kq) isə belaruslu Daniil Maslakovu 4:1 hesabıyla məğlub edərək bürünc medala sahib çıxıb.
Beləliklə, yunan-Roma güləşi üzrə millimiz qitə birinciliyinə 1 gümüş və 3 bürünc medalla başlayıb.
Bizi Facebook-da izləyin