“Qəbələ”dən 38 yaşlı futbolçu ilə yeni müqavilə

“Qəbələ” klubu Asif Məmmədovla müqavilənin müddətini uzadıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti qarşıdakı bir il üçün nəzərdə tutulub.

“Qırmızı-qaralar”ın kapitanı 2024/25 mövsümündə də bölgə təmsilçisinin formasını geyinəcək. Onun müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

2015-ci ilin yayından “Qəbələ” klubunda çıxış edən təcrübəli yarımmüdafiəçi 2006/07 mövsümünün ikinci yarısında da bu komandanın formasını geyinib. O, bu müddətdə meydana çıxdığı 252 oyunda 17 qola imza atıb.

Asif Məmmədov Premyer Liqada 197 matçda 13, Azərbaycan Kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button