AÇ-2024: “İndi diqqətimizi pley-offa cəmləyirik”

Almaniya millisinin yarımmüdafiəçisi Camal Musiala komandanın Avropa çempionatının A qrupunda birinci yeri tutmasından danışıb.

Komanda.az xəbər verir ki, almaniyalı futbolçu sosial şəbəkədə bu barədə paylaşım edib:

“Əhəmiyyətli nəticə oldu. İndi diqqətimizi pley-offa cəmləyirik”.

Almaniya yığması 2024-cü il Avropa çempionatının qrup mərhələsinin son turunda İsveçrə millisi ilə 1:1 hesablı heç-heçə edib. Yulian Naqelsmannın komandası 3 turun yekunlarına görə 7 xalla 1-ci, İsveçrə isə 5 xalla 2-ci olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button