Azərbaycan güləşçisi Kazanda çempion oldu

Azərbaycanın yunan-Roma güləşçisi Tatarıstanın paytaxtı Kazanda keçirilən “BRICS Sports Games Kazan 2024” beynəlxalq multi-idman oyunlarında qızıl medal qazanıb.

Komanda.az xəbər verir ki, Arif Niftullayev (97 kq) bütün rəqiblərini üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl digər təmsilçilərimizdən Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) yarışın bürünc medalına sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button