“Bu, mənim üçün vacib mərhələ idi”

“Bayer”in baş məşqçisi Xabi Alonso karyerasındakı irəliləyişindən danışıb.  

Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı bu barədə CNN-ə açıqlama verib:

“Real Sosyedad”da gənclərlə işləmək mənə oyunçu inkişafının, biliklərin mübadiləsinin və taktiki şüurun vacibliyini öyrətdi. Bir neçə səviyyəyə qalxmaq məşqçi kimi təkmilləşməyimə kömək etdi. Bu, mənim üçün vacib mərhələ idi”.

Alonso ötən mövsüm Leverkuzen klubunu Bundesliqa çempionluğuna və ölkə kubokunda qələbəyə daşıyıb. Komanda bütün mövsüm ərzində yalnız bir məğlubiyyətlə üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button