“Bayern” fransalı futbolçunu satmağa hazırdır

Fransalı yarımmüdafiəçi Kinqsli Koman yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Komanda.az “Deadlinedaylive”-yə istinadən xəbər verir ki, “Bayern”in rəhbərliyi futbolçunu satmağı düşünməyə hazırdır. Klub Komanın gedişi sayəsində maaş hesabını yüngülləşdirmək istəyir. Yarımmüdafiəçinin illik maaşı 15 milyon avrodur.

27 yaşlı fransalı futbolçu 2017-ci ilin yayından “Bayern”də çıxış edir.  

Komanın Münhen klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin iyunun sonunda başa çatır. O, ötən mövsüm Bundesliqada 17 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button