Klopp “Liverpul”u həyat yoldaşı ilə müqayisə etdi – Ağladı
“Liverpul”un baş məşqçisi Yurgen Klopp klubun azarkeşləri ilə görüşdə göz yaşlarını saxlaya bilməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman mütəxəssis mayın 28-də klubdakı 9 illik işini yekunlaşdırmaqla bağlı komandanın doğma stadionunda azarkeşlərlə vidalaşıb. O, həyat yoldaşı Ulla ilə evliliyi istisna olmaqla, “Liverpul”un “sükanı arxasına” keçməyin həyatındakı ən yaxşı qərarı olduğunu bildirib. Azarkeşlər Kloppun adını tərənnüm etməklə buna cavab veriblər.
Klopp 2015-ci ilin oktyabrından “Liverpul”u çalışdırır. Komanda onun rəhbərliyi altında həm İngiltərə çempionu, həm də Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin