Azərbaycan Premyer Liqasında azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasının 36-cı turunda azarkeş rekordu qeydə alınıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, son turun oyunlarını 24 300 tamaşaçı izləyib.

Bu isə mövsümün mütləq rekordudur. Bunadək ən yüksək göstərici 32-ci tura təsadüf edib – 13 800 izləyici.

Ümumilikdə isə çempionatın 180 matçında 276 487 tamaşaçı olub. Orta hesabla hər oyunu 1536 azarkeş izləyib.

32-ci turun “Sumqayıt” – “Qarabağ” və 36-cı turun “Sumqayıt” – “Qəbələ” görüşlərini rekord sayda – 9300 nəfər izləyib. 21-ci turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında bu rəqəm 8100-ə bərabər olub.

Ən çox tamaşaçı toplayan üç oyuna “Sumqayıt” ev sahibliyi etsə də, mövsümün ən çox tərəfdar toplayan komandası “Turan Tovuz” olub. Bu göstəricidə “Neftçi” üçüncüdür.

yerkomandaoyuntamaşaçıorta
1Turan Tovuz18739004106
2Sumqayıt18515162862
3Neftçi18313211740
4Sabah18269971500
5Qarabağ18226281257
6Zirə18202001122
7Kəpəz1814615812
8Səbail1814190788
9Qəbələ1810730596
10Araz-Naxçıvan1810390577
Cəmi1802764871536
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button