PSJ-dən mövsümün son matçında inamlı qələbə
Fransa Liqa 1-də 2023/2024 mövsümünə yekun vurulub.
Komanda.az xəbər verir ki, son turun bütün oyunları eyni gündə baş tutub.
Çempion PSJ səfərdə “Mets” üzərində inamlı qələbəyə sevinib. “Monako” mövsümə “Nant” üzərindəki darmadağınla yekun vurub. Üçüncü yerdə gedən “Brest” isə “Tuluza” ilə səfər oyunundan 3 cavabsız qolla qalib ayrılıb.
PSJ mövsümü 76 xalla zirvədə başa vurub. 2-ci yeri tutan “Monako” (67 xal) və 3-cü olan “Brest” (61 xal) də Fransanı gələn mövsüm UEFA Çempionlar Liqasında təmsil edəcəklər. 59 xalla 4-cü olan “Lill” isə qitənin ən nüfuzli klub turnirində təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
29 xalla 16-cı və 17-ci pillələri bölüşən “Mets” və “Loryan”, həmçinin 25 xalla sonuncu olan “Klermon” elitanı tərk ediblər.
Fransa Liqa 1
34-cü tur
19 may
Havr – Olimpik (Marsel) 1:2
Qollar: Bayo, 90+6-pen – Obameyanq, 64. Murilyo, 77.
Lans – Monpelye 2:2
Qollar: Vahi, 4. Maçado, 45+2 – Maamma, 58. Minkarelli, 74.
Lill – Nitsa 2:2
Qollar: Haraldson, 55. B.Andre, 73 – Laborde, 10. Lotomba, 90+2.
Loryan – Klermon 5:0
Qollar: Abergel, 38. Bamba, 42. Buanani, 54. Dienq, 63; 90.
Olimpik (Lion) – Strasburq 2:1
Qollar: Lakasette, 39; 90+5-pen – Diarra, 63.
Mets – PSJ 0:2
Qollar: Soler, 7. Kanq-in Li, 12.
Monako – Nant 4:0
Qollar: Ben Yedder, 6. Kehrer, 10. Kamara, 24-pen. Ben Seqir, 61.
Reyms – Renn 2:1
Qollar: Abdelhamid, 48-pen. Akieme, 80 – Ryeder, 90+4.
Tuluza – Brest 0:3
Qollar: Kamara, 48. Amavi, 54. Lala, 90.
Bizi Facebook-da izləyin