Klopp VAR-a qarşıdır

“Liverpul”un baş məşqçisi Yurgen Klopp VAR sisteminə münasibətindən danışıb. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis belə bir fürsəti olsaydı, VAR-ın ləğvinə səs verəcəyini bildirib:

“VAR-dan şübhəsiz ki, sui-istifadə edilir. Mən VAR-ın əleyhinə səs verərdim. İnsanlar sistemi düzgün işlədə bilmirlər. Problem VAR-da deyil. İnsanları dəyişdirmək mümkün deyil, ona görə də, VAR-ın ləğvinə səs verərdim”.

Mayın 19-da Yurgen Klopp “Liverpul”un “sükanı arxasında” son matçına çıxacaq. Komanda “Vulverhempton”u qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button