FİFA-nın Fövqəladə Şurası çağırılacaq – Fələstinin tələbinə görə

FİFA prezidenti Canni İnfantino Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racupun İsrail Futbol Federasiyasının təşkilata üzvlüyünün dayandırılmasını tələb etməsinə reaksiya verib.

Komanda.az xəbər verir ki, İnfantino bu barədə Banqkokda keçirilən FİFA-nın 74-cü Konqresində danışıb:

“FİFA Fələstin Futbol Assosiasiyası tərəfindən edilən sorğunun qiymətləndirilməsi və FİFA-nın statusunun və qaydalarının düzgün tətbiq olunmasını təmin etmək üçün müstəqil hüquqi baxış keçirib. Vəziyyətin aktuallığına görə, qiymətləndirmənin nəticələrini nəzərdən keçirmək və müvafiq qərarlar qəbul etmək üçün bu il iyulun 20-dək FİFA-nın Fövqəladə Şurası çağırılacaq”.

Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət ötən il oktyabrın əvvəlində Fələstinin radikal HƏMAS hərəkatının silahlılarının İsrailə daxil olaraq, uşaq, qadın və qoca da daxil olmaqla 240-dan çox insanı girov götürməsi ilə gərginləşib. Buna cavab olaraq İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edib və bu zolağa, həmçinin, Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button