“Yuventus” yeni baş məşqçi ilə razılığa gəlib

İtaliyanın “Yuventus” klubunda baş məşqçi dəyişikliyi gözlənilir.

Komanda.az “Corriere della Sera”-ya istinadən xəbər verir ki, Turin klubu artıq “Bolonya”ya başçılıq edən Tiaqo Motta ilə prinsipial razılığa gəlib.

“Qoca sinyora” Motta ilə daha bir il uzadılması variantı ilə iki mövsümlük müqaviləyə razılaşıb. 41 yaşlı mütəxəssis illik 3,5 milyon avro maaş alacaq. Sənəddə çatışmayan yeganə şey imzalardır. 

Hazırda “Yuventus”u Massimiliano Alleqri çalışdırır. Komanda İtaliya çempionatının turnir cədvəlində 4-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button