“Avropa Liqası gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
“Qızıl Avropa Liqası gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”.
Komanda.az Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu milli komandamızın üzvü Marqarita Stepanenko deyib.
Bir müddət əvvəl Macarıstanın “Bekeşçaba” komandasından ayrılan voleybolçumuz Qızıl Avropa Liqasında uğurlu çıxış edəcəklərinə inandığını bildirib: “Məşqlərimizə Bakıda start verdik. Ayın 9-da Sloveniyaya gedəcəyik. Orada da yoxlama oyunlarımız nəzərdə tutulub. Məşqlərimiz yaxşı gedir. Komandamıza gənc oyunçular cəlb olunub. Əvvəlki heyətdən 4-5 voleybolçu var. Onlar yaxşı komandalara qarşı oynayıb, təcrübələrini artırmaq imkanı qazanıblar. Əlbəttə ki, biz də yaxşı nəticələr qazanmaq istəyirik. Düşünürəm Faiq Qarayevin rəhbərliyi ilə hər şey yaxşı olacaq”.
Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Xorvatiyaya qarşı keçirəcək. Mayın 18-də isə yığmamız Slovakiya ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin