“Barselona” braziliyalı hücumçunu satmağa hazırlaşır
Braziliyalı hücumçu Vitor Roke cari mövsümün sonunda “Barselona”nı tərk edə bilər.
Komanda.az “Todofichajes” portalına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ona olan ümidləri doğrultmayıb və buna görə də, kataloniyalılar onu satmaq barədə düşünməyə başlayıb.
Forvardın xidmətində İngiltərənin bir neçə klubu maraqlıdır. Söhbət “Mançester Yunayted”, “Liverpul”, “Çelsi” və “Tottenhem” klublarından gedir.
“Barselona” braziliyalı futbolçunun satışından təxminən 40 milyon avro qazanacağını gözləyir.
Roke cari La Liqa mövsümündə 11 oyun keçirib və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin